Toylarda pandemiya tələblərinə nəzarət etmək daha asandır, yas mərasimlərində isə bunu etmək nisbətən çətindir, yas mərasimlərində təmasların daha yaxın olması da virusun daha sürətli yyaılması üçün şərait yaradır.
Manşet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, növbəti mərhələlərdə yas mərasimlərinin icazə verilməsinə də baxıla bilər.