"Mövcud vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Elmi tədqiqatlar da göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyə malikdir”.
Manşet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.
"Ancaq həmin tədqiqatlardan da görünür ki, ikinci dozadan 4 ay sonra həmin immunitet azalmağa başlayır. Yəni qoruyucu immunitetin tədricən azalması müşahidə edilir. Bunun üçün isə buster dozanın vurulması tövsiyə olunur. Azərbaycanda da bu prosesə başlanılıb. Artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Hazırda da bu proses davam edir”, - o bildirib.