Peyvənd olunanların sayı AÇIQLANDI

17:48 - 28 Dekabr 2021

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, bir gündə 31 242 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 038 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az