Uşaqlar arasında yayılan xəstəliklə bağlı daha bir Açıqlama

18:07 - 28 Dekabr 2021

Uşaqlar arasında yayılan xəstəliklə bağlı daha bir Açıqlama

“Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir”.

Manşet.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, belə simptomlar hər zaman olub: “Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda bunu yoxlamaq şansı olarsa, bunun nə olduğunu aşkarlamaq mümkün olar. Əgər bu yoxlanılmırsa, demək olmaz ki, uşaqlar arasında yayılan xəstəlik “Delta” ştamıdır. Əgər “Sars Cov 2” virusu olsa, bizdə aparılan həm PCR testləri ilə, həm də ekspress testlərlə bu virus təyin oluna bilər. Buna görə heç kim narahat olmasın”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az