Yol bağlandı - Bu istiqamətlərdə tıxac yarandı 

13:45 - 08 Fevral 2026

Yol bağlandı - Bu istiqamətlərdə tıxac yarandı 

Bakının bir sıra yollarında tıxac yaranıb.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi Sumqayıt; Tbilisi prospekti, Sumqayıt; Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt; Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal; Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az