“Konstitusiya və Suverenlik İli” çərçivəsində 2500 şəxsin iştirak etdiyi 30 tədbir keçirilib.
Manset.az xəbər verir ki, bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2025-ci il üzrə hesabat iclasında məlumat verib.
O bildirib ki, bu istiqamətdə görülən işlər əsasən vətəndaşların hüquqi maarifləndirilməsi, konstitusion dəyərlərin təbliği və milli suverenliyin möhkəmləndirilməsinə yönəlib. Tədbirlər çərçivəsində regionlarda seminarlar, dəyirmi masalar və görüşlər təşkil olunub. Komitə sədri vurğulayıb ki, xüsusilə qadın və uşaqların hüquqlarının qorunması mövzusuna xüsusi diqqət ayrılıb. Onun sözlərinə görə, bu təşəbbüslər cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsinə və dövlətçilik ənənələrinin gücləndirilməsinə xidmət edir.
Fidan Vəlisoy