Anasını öldürən şəxsə hökm oxundu

12:11 - 18 Fevral 2026

Anasını öldürən şəxsə hökm oxundu

Anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə sonuncu məhkəmə baş tutub.


Manset.az Trend-ə istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hadisə ötən il Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anasını qətlə yetirib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az