Ucarda yanğın 11 kəndi qazsız qoydu

22:18 - 18 Fevral 2026

Ucarda yanğın 11 kəndi qazsız qoydu

Ucarda baş verən yanğına görə rayonun qaz təchizatında fasilə yaranıb.


Manset.az xəbər verir ki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə olub.

Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az