“Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər”.
Manset.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlardan üzərlik və oxşar bitkiləri özləri ilə aparmamaq, səfərdən öncə mövcud qaydalarla diqqətlə tanış olmaq xahiş olunur.
“Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən qoruyar”, - deyə əlavə edilib.