Azərbaycanın ən böyük xəbər səhifələrindən olan "Patrul.az”a kiber hücum olub və əsasız şikayətə görə video silinib.
Manset.az xəbər verir ki, bu haqda səhifənin rəhbəri Səməndər Niftəliyev məlumat verib.
O qeyd edib ki, xaricdə yaşayan bir neçə azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəməsi ilə bağlı yayılan videonu paylaşdığına görə səhifəyə əsassız şikayət göndərilib və həmin post silinib.
Səməndər Niftəliyev şikayətçinin adını da açıqlayıb:
"Bu şikayət Avropada yaşayan bloger Tural Sadıqlının "Azad söz” kanalının mailindən edilib və post "instagram” tərəfindən silinib. Mən bu addımı heç cür qəbul edə bilmirəm, biz Vaşinqtonda yaşanan insidentin videosunu paylaşmışıq. Maraqlıdır ki, bu tip videolar Tural Sadıqlının kanalında 10-larla var. Ancaq təəssüflər olsun ki, bu adamlar mübarizəni kişi kimi apara bilmirlər, əllərindən ancaq bu gəlir”.