11 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI

12:59 - 21 Fevral 2026

11 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.


Manset.az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. 

Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az