Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər
İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat
strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Manset.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə ikinci gündür ki aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında
problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının
müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın
yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq
tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq
qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinə təqdim olunur.
Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.