Jurnalistə Qarabağda vəzifə verildi

10:00 - 01 Aprel 2026

Jurnalistə Qarabağda vəzifə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.


Manset.az-ın məlumatına görə, bu vəzifəyə Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva gətirilib.

Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

Hazırda Azərbaycan Televiziyasında (“AzTV”) yayımlanan “Telesəhər” verilişinin aparıcısı olan Təranə Quliyeva bu fəaliyyətini də davam etdirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az