SEPAH ABŞ şirkətlərinə zərbələr endirməklə hədələdi

19:31 - 31 Mart 2026

SEPAH ABŞ şirkətlərinə zərbələr endirməklə hədələdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirməklə hədələyib.


Manset.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, ABŞ və onun müttəfiqləri Tehranın bu cür hərəkətlərin dayandırılmasının zəruriliyi barədə xəbərdarlıqlarına məhəl qoymayıblar. SEPAH iddia edir ki, hədəflərin planlaşdırılmasında və izlənilməsində əsas rolu informasiya-kommunikasiya texnologiyaları və süni intellekt sahəsindəki ABŞ şirkətləri oynayır, bununla əlaqədar olaraq onlar qanuni hədəflərə çevrilə bilərlər.

Bəyanatda adı çəkilən şirkətlər sırasında "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", "IBM", "Dell", "Palantir", "Nvidia", "JPMorgan", "Tesla", "GE", "Spire Solutions", "G42" və "Boeing" var.

SEPAH vurğulayıb ki, aprelin 1-dən İran ərazisində yeni insidentlər baş verəcəyi təqdirdə qeyd olunan strukturlar cavab tədbirlərinə məruz qala bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az