Restorandan içkili çıxdı, "Range Rover"i "parkovşik"ə verdi - Qəza törətdi

17:41 - 06 Aprel 2026

Restorandan içkili çıxdı, \"Range Rover\"i \"parkovşik\"ə verdi - Qəza törətdi

Bakıda restoranda parklanma xidməti göstərən şəxs "Range Rover" markalı avtomobillə qəza törədib.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Range Rover Vogue” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 24.03.2026-cı il tarixdə saat 00:25 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində "Yol ver" nişanının tələblərini pozaraq BYD markalı, 90 YR 473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb, lakin hər iki avtomobilə maddi zərər dəyib.

Məlum olub ki, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan, 27.03.1993-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş D.F. idarə edib. D.F. izahatında bildirib ki, "Range Rover” markalı avtomobilin sahibi onun işlədiyi restorandan sərxoş halda çıxdıqdan sonra nəqliyyat vasitəsini idarə etməsini xahiş edib. Sürücülük vəsiqəsinin olmadığını bildirməsinə baxmayaraq, avtomobil sahibinin israrı və ödəniş vədi səbəbindən razılaşıb. O, həmçinin ailəsinin yeganə qazanc gətirəni olduğunu qeyd edərək əməlindən peşman olduğunu bildirib və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə D.F. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az