Əhəd Abıyev 1 ildə ikinci qardaşını itirdi - FOTO

23:57 - 05 May 2026

Əhəd Abıyev 1 ildə ikinci qardaşını itirdi - FOTO

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun qardaşı Qadir Abıyev vəfat edib.

Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:

“Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq qardaşım bu gün vəfat etdi”.

Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az