Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları
Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm
tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik
səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu
və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən
əsas amillərdəndir.
Konfederasiya sədri iki
ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini
deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə
mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini
vurğulayıb.
Görüşdə qonaqlara əmək
hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin
sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili
istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat
verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun
dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin
yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə
layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları
platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.
Tərəflər qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi
imkanlarını müzakirə ediblər.