CBC FM 5 yaşında

11:45 - 08 May 2026

CBC FM 5 yaşında

Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - CBC FM bu gün 5 yaşını qeyd edir. 8 may 2021-ci ildə Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidildi. 


CBC FM Azərbaycan, rus və erməni dillərində yayımlanır. Bu müddət ərzində yerli və xarici aparıcı ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub. 

CBC FM-in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu, o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur. 

CBC FM obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam edir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir!

Manset.az kollektivi olaraq CBC FM-i 5 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az