Rayon rəhbəri və nazir Masallı pavilyonunu ziyarət etdilər - FOTO

21:53 - 08 May 2026

Rayon rəhbəri və nazir Masallı pavilyonunu ziyarət etdilər - FOTO

08 may 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – Caspian Agro Week və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan çərçivəsində Masallı rayonuna həsr olunmuş pavilyona baxış keçirilib.


Manset.az xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov pavilyonda nümayiş etdirilən kənd təsərrüfatı, ərzaq məhsulları və el sənətkarlığı nümunələri ilə yaxından tanış olublar. Sərgidə Masallının aqrar potensialını əks etdirən müxtəlif yerli məhsullar, emal nümunələri, qədim dövlərdən ənənə olaraq bu günə çatan el sənətkarlığı, eləcə də rayonun kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlər təqdim olunub.

Qonaqlara Masallıda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi, məhsuldarlığın artırılması və müasir aqrotexnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib. Bildirilib ki, rayonun əlverişli iqlim şəraiti və zəngin torpaq ehtiyatları kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına geniş imkanlar yaradır.

Nazir Məcnun Məmmədov Masallının kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticələri yüksək qiymətləndirərək yerli istehsalın genişləndirilməsinin və məhsulların rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov isə Masallıda aqrar sahənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, fermerlərin fəaliyyətinə hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Sərgi iştirakçıları tərəfindən Masallı pavilyonunda nümayiş olunan məhsullar böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində regionların kənd təsərrüfatı və qida sənayesi potensialının tanıdılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və yerli məhsulların təşviqi baxımından mühüm fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar xatirə şəkilləri çədiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az