Bakı məktəblərində distant təhsil bu formada aparılacaq

11:55 - 13 May 2026

Bakı məktəblərində distant təhsil bu formada aparılacaq

18-22 may tarixlərində Bakı məktəblərində dərslər distant formada keçiriləcək.


Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, WUF13-ün keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi məsafədən həyata keçiriləcək.

Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.

Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin Əmrinə əsasən, Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az