Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq

15:30 - 13 May 2026

Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq

Sabah Salyan və Hacıqabul rayonlarının bir sıra küçə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Salyan şəhərinin M.F.Axundov, C.Cabbarlı, Ə.Quliyev (Plassmas massiv) küçələrinin və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonunun Rəncbər və Qubalı Baloğlan kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az