Tikinti sektorunda etibarı və
keyfiyyəti ilə seçilən "Kristal" və peşəkar daşınmaz əmlak həlləri
təqdim edən "REA" Daşınmaz Əmlak Agentliyi əməkdaşlığa imza atıb.
Bu əməkdaşlıq çərçivəsində
"REA", "Kristal"ın tikintisi və təhvili tamamlanmış
layihələrindəki mənzil və kommersiya obyektlərinin satışı və icarəsi
istiqamətlərində xidmət göstərəcək. Bu, hər iki tərəfin müştərilərinə daha
geniş seçim imkanı yaradır.
"Kristal"ın Bakı, Sumqayıt
və Xırdalanda yerləşən genişmiqyaslı layihələrindəki mənzillər və müxtəlif
təyinatlı kommersiya obyektləri strateji yerləşmə, inkişaf etmiş infrastruktur
və gəlirli investisiya potensialı ilə seçilir.
Layihələrdəki kommersiya obyektləri müasir infrastruktur, əlverişli yerləşmə və yüksək inkişaf perspektivi ilə həm bugünkü biznes ehtiyaclarına, həm də gələcəyin uğurlu investisiya planlarına cavab verir. Strateji yerləşmə, intensiv piyada və nəqliyyat axını, müxtəlif kvadratura və plan seçimləri, geniş vitraj şüşələr isə həm görünürlüyü, həm də funksionallığı artıraraq satış, xidmət və xüsusi konseptli fəaliyyət növləri üçün əlavə üstünlüklər yaradır.
Bu əməkdaşlıq eyni zamanda
"Kristal" sakinləri üçün əlavə imkanlar yaradır. Mənzilini satmaq və
ya kirayəyə vermək istəyən sakinlər, habelə qeyri-yaşayış obyektinin sahibi
olan investorlar "REA" vasitəsilə bu prosesi rəsmi və etibarlı
şəkildə həyata keçirə biləcəklər. Bundan əlavə, "Kristal"ın təhvili
tamamlanmış yaşayış komplekslərində mənzil və ya obyekt axtaranlar artıq həm
"Kristal"a, həm də "REA"ya müraciət edə biləcəklər.
"REA" bu əməkdaşlıq
çərçivəsində müştərilərə seçimdən sənədləşməyə qədər kompleks məsləhət xidməti
təqdim edəcək.
Ətraflı: *1544