Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi ilə əlaqədar iştirakçılara mühüm xəbərdarlıq edilib.
Manset.az-ın məlumatına görə, mayın 22-də saat 15:00-da keçiriləcək bağlanış mərasimi səbəbindən tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması yalnız saat 13:00-dək təmin olunacaq.
Bu səbəbdən təşkilatçılar tədbir məkanını ziyarət edəcək və ya Bağlanış Mərasimində iştirak edəcək şəxslərdən qeyd olunan vaxt məhdudiyyətini nəzərə almalarını xahiş ediblər.