Məktəblilərə rəqəmsal təhlükəsizlik qaydaları öyrədilib

12:59 - 30 May 2026

Məktəblilərə rəqəmsal təhlükəsizlik qaydaları öyrədilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin təşkilatçılığı ilə may ayı ərzində məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirləri keçirilib.


Manset.az xəbər verir ki, 25, 60, 145, 201, 212, 246 və 314 nömrəli məktəblərdə təşkil olunan təlimlərin məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onlara kibergigiyena və onlayn mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumat verilməsi olub.

Ümumilikdə 775 şagirdin iştirak etdiyi təlimlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında faydalı məlumatlar təqdim ediblər.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində Uşaqların Müdafiəsi İdarəsi tərəfindən də

məktəblərdə intensiv maarifləndirmə tədbirləri keçirilib və ay ərzində ümumilikdə 3547 şagird maarifləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az