Bu ərazilərdə saat 12:30-da işıq kəsiləcək

11:13 - 03 İyun 2026

Bu ərazilərdə saat 12:30-da işıq kəsiləcək

Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsininn (EŞ) ərazisində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az