logo
logo logo
logo

Məşhur Olimpiya çempionumuz ailə qurur - Sabah toyudur

19:52 - 12 İyun 2026

Məşhur Olimpiya çempionumuz ailə qurur - Sabah toyudur

Azərbaycanın məşhur Olimpiya çempionu, sərbəst güləşçi Toğrul Əsgərov ailə həyatı qurur.


Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış güləşçi Aysun adlı xanımla evlənir.

Toy mərasimi iyunun 13-də Bakıda dəbdəbəli restoranlardan birində keçiriləcək.

Olimpiya çempionunun toyunda nazirlər və müavinləri, Olimpiya çempionları, komitə rəhbərləri, deputatlar, icra başçıları, və bir sıra ictimai-siyasi şəxslərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq Azərbaycan idman tarixində ən gənc Olimpiya çempionlarından biri kimi adını tarixə yazdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az