logo
logo logo
logo

104 kriminal qrup zərərsizləşdirildi - DİN-in 6 aylıq hesabatı

16:59 - 09 İyul 2026

104 kriminal qrup zərərsizləşdirildi - DİN-in 6 aylıq hesabatı

Daxili işlər orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.


Manset.az xəbər verir ki, bu barədə 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında elan edilmiş hesabatda bildirilib.

Yanvar-iyun ayları ərzində qanunsuz odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda 3.088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

Cinayətlərin açılması göstəricində də müsbət dinamika müşahidə edilib. 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilənlərin 2,5 faiz, mülkiyyət əleyhinə olanların 4,4 faiz, onlardan oğurluqların 10,7 faizi, dələduzluqların 1,2 faizi yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.

2025-ci ilin 6 ayı ilə müqayisədə bu il eyni müddətdə ümumi cinayətlər 8,6, ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan oğurluqlar 11,5, dələduzluqlar 16,8, soyğunçuluqlar 8,8, quldurluqlar 44,2, hədə-qorxu ilə tələb etmələr 10,5, habelə xuliqanlıqlar 12,5, yetkinlik yaşına çatmayanların cinayətləri 15,3, ailə münaqişəsi zəminində törədilənlər 3,5, qrup halında baş verənlər 16,6 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 3 fakt, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı 9 faiz azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az