logo
logo logo
logo

"28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq

21:32 - 09 İyul 2026

\"28 May\" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq

Bakı Metropoliteninin "28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.


Bu barədə Manset.az-a "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.

Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.

Məlumata görə, təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az