logo
logo logo
logo

Gəncədə kütləvi zəhərlənmə - YENİLƏNDİ

19:39 - 12 İyul 2026

Gəncədə kütləvi zəhərlənmə - YENİLƏNDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.


18:50


Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:

Nuriyə Rüstəmova (1962)

Amin Teymurlu (1986)

İ. Məmmədov (2017)

Z. Hüseynova (2015)

U. İsyaev (2020)

Bənövşə  Əliyeva (1963)

Sevil Hüseynova (1987)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az