logo
logo logo
logo

Paytaxtın 4 rayonunda işıq olmayacaq

08:30 - 21 İyul 2026

Paytaxtın 4 rayonunda işıq olmayacaq

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.


Bu barədə Manset.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Nizami rayonunda saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.

Suraxanı rayonunun isə Zığ qəsəbəsində Rövşən Göyüşov küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə tətbiq ediləcək.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az