Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.
Manset.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.
“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir” , - deyə o bildirib.