logo
logo logo
logo

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı 

16:50 - 10 Sentyabr 2026

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı 

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib.


Manset.az xəbər verir ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı

Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az