Filippinlər sahillərində sərnişin bərəsində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 87 nəfər itkin düşüb.
Məlumata əsasən, hadisə zamanı bərədə 117 sərnişin və 17 ekipaj üzvü olmaqla, ümumilikdə 134 nəfər olub.
İndiyədək 42 nəfər xilas edilib.
Hazırda itkin düşən 87 nəfərin axtarışı və xilas edilməsi istiqamətində işlər davam etdirilir.