logo
logo logo
logo

Rusiyadan NATO iddiası - "Biz hazırıq!"

23:48 - 09 Sentyabr 2026

Rusiyadan NATO iddiası - \"Biz hazırıq!\"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Komi Respublikasının paytaxtı Sıktıvkar şəhərində həftəlik mətbuat konfransı keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşdığını bildirərək, “Rusiya zərurət yarandıqda təhdidləri aradan qaldırmaq üçün bütün hərbi-texniki vasitələrindən istifadə etməyə hazırdır” deyib.

Zaxarova NATO ölkələrinin fəaliyyəti səbəbindən Arktika bölgəsinin Rusiya ilə geosiyasi mübarizə meydanına çevrildiyinə diqqət çəkib. O, NATO-nun Arktikada hərbi üstünlük əldə etmək üçün addımlar atdığını bildirib.

Zaxarova sözlərini belə davam etdirib:

“Şimal sərhədlərimizin bilavasitə yaxınlığında genişmiqyaslı hərbi hazırlıqlar aparılır, hücum xarakterli genişmiqyaslı hərbi təlimlər keçirilir, alyansın hərbi strukturuna yeni elementlər əlavə olunur. NATO-nun hərbi imkanlarını artırmağa yönəlmiş planları məhdud çəkindirmədən Rusiya ilə potensial olaraq uzunmüddətli qarşıdurmaya hazırlıq mərhələsinə keçildiyini göstərir. Şimalda bu cür fəaliyyətlər təhlükəsizliyimiz üçün birbaşa təhdid yaradır. Rusiya zərurət yarandıqda təhdidləri aradan qaldırmaq üçün bütün hərbi-texniki vasitələrindən istifadə etməyə hazırdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az