logo
logo logo
logo

Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirdi - Ölənlər var

22:08 - 09 Sentyabr 2026

Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirdi - Ölənlər var

Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə zərbəsi nəticəsində üç nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz Teleqram kanalında məlumat yayıb.

"Təəssüf ki, hazırda Sumıda ticarət-əyləncə mərkəzinin ərazisinə PUA hücumu nəticəsində 3 nəfərin öldüyü məlumdur", – o yazıb.

Qriqorovun məlumatına görə, 2 nəfər yaralanıb.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az