logo
logo logo
logo

Bütün sosial ödənişlər ÖDƏNİLDİ 

17:48 - 25 Sentyabr 2026

Bütün sosial ödənişlər ÖDƏNİLDİ 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


Bu barədə Manset.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Naxçıvan Muxtar Respublikası üzrə bu ayın sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri həyata keçirilib.

    Beləliklə, sentyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

    Bundan əvvəl sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin sentyabr ayı üzrə pensiyaları ödənilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az