logo
logo logo
logo

2 gün əvvəl qəzada yaralanan sürücü ÖLDÜ

22:32 - 25 Sentyabr 2026

2 gün əvvəl qəzada yaralanan sürücü ÖLDÜ

Zərdabda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Azəri Ülvi Zahirəli oğlu müalicə aldığı xəstəxanada həyatını itirib.

    Qeyd edək ki, hadisə sentyabrın 23-də rayon ərazisində baş verib. Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Azəri Ülvi Zahirəli oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

    Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az