logo
logo logo
logo

Ombudsman BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisini qəbul etdi  

14:31 - 06 Oktyabr 2026

Ombudsman BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisini qəbul etdi  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.


Manset.az xəbər verir ki, görüş zamanı Səbinə Əliyeva ölkəmizdə insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində aparılan islahatlar, Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə qonağa məlumat verib.

Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini bildirib.

Müvəkkil insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Dmitro Şlapaçenko qəbula görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az