logo
logo logo
logo

Qaxda yol qəzası - Ölən və yaralananlar var

09:22 - 06 Oktyabr 2026

Qaxda yol qəzası - Ölən və yaralananlar var

Qaxda ağır yol qəzası olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Məmmədova məxsus "Oper Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu ölüb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər 2 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az