Konqo Demokratik Respublikasında (KDR) Konqo çayında iki qayığın toqquşması nəticəsində 30 nəfərin öldüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəzadan sonra onlarla şəxsin itkin düşdüyü qeyd olunub.
Ekvator əyalətinin daxili işlər naziri Krispin Mputu bildirib ki, mühərrikli iki taxta qayıq gecə saatlarında Nqombe-Lukolela bölgəsi yaxınlığında toqquşub. Mputunun sözlərinə görə, qəza nəticəsində həlak olan 30 nəfərin cənazələri dəfn edilib, itkin düşən şəxslərin axtarışı isə davam etdirilir.
Qəzanın səbəbinin hələ müəyyənləşdirilmədiyini deyən Mputu gecə saatlarında qayıq səfərlərinin əvvəllər də çoxsaylı qəzalara səbəb olduğunu xatırladıb.