Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Ümumilikdə 143 nəfər təyyarədən təxliyə olunub.
Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.