logo
logo logo
logo

Ürəyi qoruyan təbii "möcüzə"

08:00 - 06 Oktyabr 2026

Ürəyi qoruyan təbii \"möcüzə\"

Narın orqanizm üçün faydaları ilə bağlı daha bir maraqlı elmi nəticə ortaya çıxıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, alimlər narın tərkibindəki maddələrdən orqanizmdə yaranan urolitin A birləşməsinin ürək çatışmazlığında faydalı təsir göstərə biləcəyini müəyyən ediblər.

London Kral Kollecinin alimləri tərəfindən aparılan araşdırmada urolitin A verilən siçanlarda ürəyin bəzi funksional göstəricilərinin 80 faizə qədər yaxşılaşdığı müşahidə olunub. Maddənin ürəkdə çapıq toxumasının yaranmasını azaltdığı və ürək əzələsinin daha yaxşı boşalmasına kömək etdiyi müəyyənləşdirilib.

Laboratoriyada insan ürək toxuması üzərində aparılan sınaqlar da oxşar nəticə göstərib.

Lakin alimlər vurğulayırlar ki, bu nəticələr narın ürək çatışmazlığını müalicə etdiyini göstərmir. Maddənin insanlarda effektivliyi və təhlükəsizliyi üçün əlavə klinik araşdırmalara ehtiyac var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az