Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı məktəblilərin vahid geyim qaydası ilə bağlı fikirlərini bölüşüb.
Manset.az xəbər verir ki, jurnalist bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Sovet dövründə təhsil aldığı zaman məktəblərdə vahid forma tələbi olub və qalstuk və ya önlük taxmayan şagirdlər dərsə buraxılmayıblar.
Xoşqədəm Hidayətqızı qeyd edib ki, həmin vaxt valideynlər də müəllimlərin qərarını dəstəkləyiblər:
“İndi anlaya bilmirəm, biz nəyə etiraz edirik? Məktəblinin məktəbə vahid geyimdə getməsinə? 7 yaşlı uşaq hicabın nə olduğunu və onu mütləq taxıb məktəbə getməli olduğunu haradan anlayır? Sabah o yaşda uşaq desə ki, "Mən məktəbə qırmızı saçla və ya makiyajla gedəcəyəm", buraxacaqsınız? Təbii ki, yox.
Buraxın bu uşaqlar gedib təhsil alsınlar. Həddi-büluğa, yəni sərbəst qərar vermə yaşına çatanda qərarlarını özləri verəcəklər”.
Jurnalist valideynlərə də müraciət edərək uşaqlara məktəblərdə vahid geyim qaydasının olduğunu izah etməyin vacibliyini vurğulayıb.
“Valideynlər, zəhmət çəkib az yaşlılara başa salın ki, heç kim sizə hicab taxmağı qadağan etmir, sadəcə məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir. Qərar vermə yaşına çatdıqda istədiyiniz geyimi seçə bilərsiniz”, – deyə o X.Hidayətqızı yazıb.