logo
logo logo
logo

Masazırda qəza nəticəsində ölən gənclərin yeni görüntüləri yayıldı - VİDEO

10:40 - 13 Oktyabr 2026

Masazırda qəza nəticəsində ölən gənclərin yeni görüntüləri yayıldı - VİDEO

Masazırda motosikletlə avtomobilin toqquşması nəticəsində həlak olan iki gəncin yeni görüntüləri yayılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolardan gənclərin motosikleti yüksək sürətlə və təhlükəli şəkildə idarə etdikləri görünür.

Bundan başqa, onların motosiklet sürərkən təhlükəsizliyi təmin edən xüsusi geyimlərdən istifadə etmədikləri də görünür.

Həlak olan gəncin sosial hesabında onun daha əvvəl də təhlükəli manevrlər etdiyinə dair görüntülər paylaşılıb.

Xatırladaq ki, sözügedən hadisə oktyabrın 12-də Masazır-Novxanı avtomobil yolunda qeydə alınıb. Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "KIA Rio" avtomobili ilə motosikletin toqquşması zamanı ikitəkərli nəqliyyat vasitəsində olan 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə dünyasını dəyişiblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az