logo
logo logo
logo

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimidə çalışacaq 

12:29 - 13 Oktyabr 2026

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimidə çalışacaq 

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

“Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az