logo
logo logo
logo

Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR

18:38 - 28 Oktyabr 2026

Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR

Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Ruanda Respublikasının gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah arasında görüş keçirilib. 


Manset.az xəbər verir ki, qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə təmsil olunduğuna görə Ruanda tərəfinə təşəkkür edib. 

Heydər Əliyev Fondunun Ruandada mədəniyyət, təhsil və sosial infrastrukturun bərpasına dəstək göstərdiyini deyən Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın perspektivləri olduğunu bildirib.

Ruandalı nazir Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib, beynəlxalq tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az