logo
logo logo
logo

Təhsil müəssisələrində antinarkotik təbliğatı aparılır

16:17 - 03 Noyabr 2026

Təhsil müəssisələrində antinarkotik təbliğatı aparılır

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə polis tərəfindən təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirləri davam etdirilir. 


Manset.az xəbər verir ki, növbəti belə görüş Qubadlı şəhərində yerləşən Q.İlyasov adlı 1 nömrəli tam orta məktəbdə keçirilib. 

"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda keçirilən tədbirdə Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin fəsadları, narkomaniyanın insan sağlamlığına və ümumilikdə cəmiyyətə vurduğu zərərlər barədə şagirdlərə ətraflı məlumat verib, ölkəmizdə bu bəlaya qarşı aparılan qətiyyətli mübarizə tədbirləri barədə danışıblar. 

Görüşdə məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu üzrə videoçarx nümayiş etdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az