logo
logo logo
logo

Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər 

14:17 - 06 Noyabr 2026

Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər 

Minimum əməkhaqqının gəlir vergisindən azad olunması təklif olunur.


Manset.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, əksər dövlətlərdə minimum əməkhaqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur:

"Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın gəlir vergisindən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqılarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın gəlir vergisindən azad olunmasını təklif edirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az