logo
logo logo
logo

Dövlət qulluğu imtahanlarında dəyişiklik - 2 fənn ləğv edilir

13:59 - 18 Noyabr 2026

Dövlət qulluğu imtahanlarında dəyişiklik - 2 fənn ləğv edilir

Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.


Manset.az Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan İnformatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına Emosional intellekt fənni əlavə ediləcək.

Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

Qanunvericilik: 50 sual

Məntiq: 30 sual

Emosional intellekt: 20 sual

Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər Qanunvericilik (40), Məntiq (30), İnformatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az