logo
logo logo
logo

Bakıda evlərdən oğurluq edildi 

15:56 - 18 Noyabr 2026

Bakıda evlərdən oğurluq edildi 

Paytaxtın Sabunçu rayonunda iki nəfər polisə müraciət edərək evlərindən ümumi dəyəri 1690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.


Manset.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ev sahiblərinin yoxluğundan istifadə edərək dəmir barmaqlıqları qırıb əməli törədiblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az